Maya, tək hüceyrəli canlılar qrupundan olub, “Saccharomyces cerevisiae” süsünün saflaşdırılması nəticəsində əldə edilir.
Maya hüceyrələri yumru və ya oval şəklində olub, ölçüləri 2-3 μm ilə 20-50 μm arasında dəyişir. 1 qram yaş mayaya təxminən 10 milyard hüceyrə daxildir.
Təxminən 600 ədəd bilinən maya növü var. Bunlardan yalnız Vefası ticari əhəmiyyətə malikdir. Çörək istehsalında istifadə maya növü “Saccharomyces cerevisiae” dir.
Mayanın ənənəvi şəkli olan yaş pres maya istehsal edilərkən quru maddə miqdarı 30%-ə çıxardılaraq krem mayanın suyu uzaqlaşdırılır. Homogen şəkildə istənilən blok formatında preslənilir. Qidaya uyğun qablaşdırma kağızı il...
Xalqımızım mədəniyyətində çörək həyat mənbəyi kimi qəbul edilir. Bu gün texnologiyalar çörəyin istehsalında yeni imkanlar açır. Lakin ənənəvi texnologiyalar o cümlədən yaş maya bu məhsulun unikal dadını qorumağa imkan verir. Bizim üçün son dərəcə önəmlidir ki, istehlakçılarımızın masasında hər zaman dadlı və təravətli çörək olsun. Yerli şirkətimiz olan AzərMaya öz məhsulları ilə bu işdə bizim əsas dəstəkçilərimizdəndir.
Bizim AzərMaya ilə əməkdaşlığımız uzun illərə dayanır. Bu uzunmüddətli birgə məhsuldar əməkdaşlıq illəri ərzində AzərMaya güvənli partnyor olaraq bizim müştəri kimi etibarımızı qazanmışdır. AzərMaya-nın təklif etdiyi məhsullar yerli çörək istehsalçılarının istəkləri nəzərə alınaraq istehsal olunur və öz xüsusiyyətlərinə görə avropa istehsalçılarından geri qalmır. Biz ənənəvi zavod çörək sahəsində lider şirkətlərindən olaraq əsas qayəmiz son istehlakçıların gözləntilərini qarşılamaqdır və bu işdə bir tədarükçü olaraq AzərMaya-nın rolu əvəzsizdir.
“Azcake” əmtəə nişanı altında istehsal etdiyimiz məhsullarda istehlakçıların məmnuniyyətini təmin etmək üçün keyfiyyət standardlarının qorunmasına daim önəm veririk. Əlbətdə bu işdə mütəxəssislərimizlə yanaşı tədarükçülərimizində böyük əməyini vurğulamalıyıq. Onlardan biri də məhz AzərMaya-dır. Bu şirkəti bizim üçün özəl edən amillərdən onun müştəriyönümlü və hər zaman əlçatan olmasıdır.
Biz “Delta Group” şirkəti olaraq çörək və qənnadı məhsullarımızın istehsalında əsas xammallardan biri olan yaş mayanı istifadə edirik. Mayanın istifadə edilməsi çörəyin məsaməli və hündürlüyünün yüksək olmasını əldə etməyə imkan verir. Artıq uzun müddətdir ki, biz bu sahədə AzərMaya şirkəti ilə əməkdaşlıq edirik. İstehsal olunan mayanın keyfiyyətilə çox razı olduğumuzu əminliklə bildirə bilərəm.
Biz AzərMaya-nı nəinki çörək istehsalı hətta şəkər miqdarının yüksək olduğu üçün “ağır xəmir” hesab olunan qənnadı məhsullarımızda istifadə edirik. AzərMaya-nın yaş mayası bu işin öhdəsindən rahatlıqla gəlir.