1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan "Azər Maya" yaradılmışdır. Müəssisənin ümumi sahəsi 22600 m², istehsalat korpusunun ümumi sahəsi isə 3672 m² təşkil edir. İstehsalatın lazımi enerji, qaz və su təchizatı, həmçinin 1950 metrlik dəmiryol qolu vardır.

"Azər Maya" istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı, qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edir.

Müəssisənin tarixi
  1. 1973 cü ildə Bakı Bulka – Maya zavodunun bazasında preslənmiş xəmir mayası istehsalına başlanmışdır.
  2. 1997- ci ilin may ayından etibarən tam özəlləşdirilmiş müəssisə olaraq "Azər Maya" olaraq fəaliyyətinə davam etmişdir.
  3. 2012- ci illərdə kapital təmir işləri həyata keçirilib, müəssisənin ümumi infrastrukturu və bəzi avadanlıqları yenilənmişdir.
  4. 2015-ci ildən etibarən qonşu Gürcüstan Respublikasına da ixrac başlanır.
  5. Müəssisə 2017- ci ilin avqust ayında ISO 22000:2005 və ISO 9001:2015 sertifikatları əldə etmişdir.
  6. 2021-ci il ərzində müəssisədə modernləşdirmə və yenidənqurma işləri planlaşdırılır.