about

Maya, tək hüceyrəli canlılar qrupundan olub, “Saccharomyces cerevisiae” süsünün saflaşdırılması nəticəsində əldə edilir.
Maya hüceyrələri yumru və ya oval şəklində olub, ölçüləri 2-3 μm ilə 20-50 μm arasında dəyişir. 1 qram yaş mayaya təxminən 10 milyard hüceyrə daxildir.
Təxminən 600 ədəd bilinən maya növü var. Bunlardan yalnız Vefası ticari əhəmiyyətə malikdir. Çörək istehsalında istifadə maya növü “Saccharomyces cerevisiae” dir.

Mayanın ənənəvi şəkli olan yaş pres maya istehsal edilərkən quru maddə miqdarı 30%-ə çıxardılaraq krem mayanın suyu uzaqlaşdırılır. Homogen şəkildə istənilən blok formatında preslənilir. Qidaya uyğun qablaşdırma kağızı ilə qablaşdırılır. Yaş mayanın rəf ömürünün qısa olması səbəbinə görə qabının üzərində göstərilən saxlanma istiliyinə diqqət edilməlidir. (Ən uyğun mühit: 0-4 ° C’dəki quru və təmiz mühitdir.)

Yaş mayanın çörək istehsalında istifadə nisbəti və metodu istifadə olunan reseptə və soba prosesinə uyğun olaraq dəyişir. İstifadə etdikdən sonra, artıq qalan mayanın xarab olmaması üçün sərin, təmiz, hava dövranı yaxşı olan bir yerdə, bir sonrakı istifadəyə qədər saxlanılmalıdır.

İNTEQRASİYA OLUNMUŞ İDARƏETMƏ SİSTEMİ SİYASƏTİ

İnteqrasiya olunmuş idarəetmə sistemi siyasəti dedikdə keyfiyyətlə bağlı müəssisənin rəhbəri tərəfindən rəsmi olaraq ifadə edilən bütün məqsədlər, onların həyata keçirilməsi və işlək vəziyyətdə saxlanılması nəzərdə tutulur.

"Azər Maya"nın tətbiq etdiyi siyasətlər aşağıdakılardır:

* Müştərinin istək və gözləntilərini tam həcmdə qarşılayan və etibar edilən şirkət nüfuzunu daim qorumaq;

* Tədarükçülərlə əməkdaşlıq zamanı qarşılıqlı etibar və etimad mühitini təmin etmək;

* Beynəlxalq və milli qanunvericiliyin, eləcə də standartların tələblərini yerinə yetirmək;

* Xərclərin azaldılması və gəlirliliyin artırılması üçün texnoloji inkişafı yaxından izləmək və tətbiq etmək;

* Məhsulların rəqabət qabiliyyətini artıraraq, xarici bazarlara çıxmaq və ölkənin ixrac potensialını daha da gücləndirmək;

* Personalın bilik və bacarıqlarını davamlı artırmaq, daxili istedadları kəşf etmək və komanda ruhunu öndə tutmaq;

* Yeni iş yerləri yaratmaqla, əhalinin məşğulluq səviyyəsinə töhfə vermək.

Ekspert Rəyləri