"Azər Maya" ISO 22000 sertifikatını yenilədi

6 May, 2022

Ölkənin ən qabaqcıl yaş maya istehsalçısı olan "Azər Maya", "SGS" şirkəti tərəfindən keçirilən auditdən uğurla keçmiş və ISO 22000:2018 sertifikatını əldə etmişdir.

Şirkətin direktoru: "İstehlakçıların sağlamlığını düşünərək “Qida təhlükəsizliyinin idarəolunması sistemi”nin tətbiqini hər zaman üstün tuturuq" deyə bildirmişdir.