“Azərmaya” bu dəfə Kəlbəcərdə

18 Yan, 2021
“Azərmaya” bu dəfə Kəlbəcərdə

“Azər-Maya” işğaldan azad edilən ərazilərdə çörək istehsalı ilə məşğul olan müəssisələri maya ilə təmin etməkdə davam edir.

Bizim.Media xəbər verir ki, bu dəfə müəssisə Kəlbəcərin çörək təchizatına başlayıb. Bundan sonra Kəlbəcərdə bişirilən çörəklər onların istehsal etdiyi maya ilə bişiriləcək.

Qeyd edək ki, “Azər-Maya” ASC Şuşadakı çörək istehsalı olan müəssisələri də maya ilə təmin edir. 

Artıq Şuşada fəaliyyətdə olan 4 çörək zavodu tam şəkildə “Azər-Maya” tərəfindən təchiz olunur.

Məlumat üçün bildirək ki, “Azər- Maya” Azərbaycanın qida sektorunun aparıcı şirkətlərindən biridir. Eyni zamanda regionun yeganə maya istehsalçısıdır.

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan “Azər-Maya” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Onların istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edilir.