“Azər Maya” Şuşanın çörək təchizatına başladı

15 Dek, 2020
“Azər Maya” Şuşanın çörək təchizatına başladı

"Azər Maya” Şuşada fəaliyyət göstərən çörək istehsalı ilə məşğul olan müəssisələri maya ilə təmin etməyə başlayıb.

Bundan sonra Şuşada bişirilən çörəklər onların istehsal etdiyi maya ilə bişiriləcək.

Artıq Şuşada fəaliyyətdə olan dörd çörək zavodu tam şəkildə "Azər Maya” tərəfindən təchiz olunur.Məlumat üçün bildirək ki, "Azər Maya” Azərbaycanın qida sektorunun aparıcı şirkətlərindən biridir. Eyni zamanda regionun yeganə maya istehsalçısıdır.

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan "Azər Maya” yaradılmışdır.

Onların istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edilir.

Ən son bloqlar