Azər-Maya ASC

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan “Azər – Maya” Açıq Səhmdar Cəmiyyəti  yaradılmışdır. Müəssisənin ümumi sahəsi 22600 m², istehsalat korpusunun ümumi sahəsi isə 3672 m² təşkil edir. İstehsalatın lazımi enerji, qaz və su təchizatı, həmçinin 1950 metrlik dəmiryol qolu vardır.

“Azər-Maya” ASC istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edir.

Direktor: Babayev Etibar Hidayət o.
Mühasibat uçotu şöbəsinin müdiri: Məmmədov Məhəmməd Bayram o.
Satış şöbesinin müdiri: Qəniyev Zaur Hamlet o.
Maya istehsalı mütəxəssisi: Remzi Turqay Şişman o.
Texniki şöbənin müdiri: Ağababayev Elşad Müzəffər o.
İnstant quru maya

Yeni qurutma üsulları sayəsində artıq istifadə edilməzdən əvvəl rehidrasiya üçün suda gözlədilməsinə ehtiyac olmayan quru maya tipinin istehsalı mümkündür. Dözümlülüyünün uzun müddət qoruna bilməsi və nəm dəyişikliyinin qarşısının alınması üçün maya vakuum şəraitində qablaşdırılır.
Paketi açdıqdan sonra soyuducu şəraitində, bağlı bir qabda saxlanılmalı və 3-5 gün içərisində istifadə edilməlidir. Digər quru komponentlər ilə quru formada qarışdırılmalı və ya yoğurma başladıqdan sonra əlavə edilməlidir.
Bir çörək istehsalçısının istifadə etdiyi mayadan ən yüksək səmərə əldə etməsi və ya başqa bir ifadə ilə desək ən çox CO2 qazı, ən yaxşı xəmir artımı və çörək ləzzətini əldə edə bilməsi üçün mayanın da canlı bir orqanizm olduğunu nəzərə alaraq saxlama və istifadə şərtlərinz əməl edilməsi lazımdır.

Maya nədir

Maya, tək hüceyrəli canlılar qrupundan olub, “Saccharomyces cerevisiae” süsünün saflaşdırılması nəticəsində əldə edilir.
Maya hüceyrələri yumru və ya oval şəklində olub, ölçüləri 2-3 μm ilə 20-50 μm arasında dəyişir. 1 qram yaş mayaya təxminən 10 milyard hüceyrə daxildir.
Təxminən 600 ədəd bilinən maya növü var. Bunlardan yalnız Vefası ticari əhəmiyyətə malikdir. Çörək istehsalında istifadə maya növü “Saccharomyces cerevisiae” dir.

Yaş maya

Mayanın ənənəvi şəkli olan yaş pres maya istehsal edilərkən quru maddə miqdarı 30%-ə çıxardılaraq krem mayanın suyu uzaqlaşdırılır. Homogen şəkildə istənilən blok formatında preslənilir. Qidaya uyğun qablaşdırma kağızı ilə qablaşdırılır. Yaş mayanın rəf ömürünün qısa olması səbəbinə görə qabının üzərində göstərilən saxlanma istiliyinə diqqət edilməlidir. (Ən uyğun mühit: 0-4 ° C’dəki quru və təmiz mühitdir.)

Yaş mayanın çörək istehsalında istifadə nisbəti və metodu istifadə olunan reseptə və soba prosesinə uyğun olaraq dəyişir. İstifadə etdikdən sonra, artıq qalan mayanın xarab olmaması üçün sərin, təmiz, hava dövranı yaxşı olan bir yerdə, bir sonrakı istifadəyə qədər saxlanılmalıdır.

Quru maddə min. %30
Protein/KM (azotx6,25) min. 40 – 58
Glusidlər/DM min. 35 – 45
Lipidlər/DM min. 40 – 60
Mineral maddələr/DM % 5.0 – 7.5
Thiamin (B1)
Riboflavin (B2)
Pridoxin (B6)
Niacin (PP)
B1: 0.002 – 0.0015
B2 : 0.002 – 0.008
B6 : 0.002 – 0.006
PP : 0.010 – 0.050
0 +
Partnyor
0
Əməkdaş
0
gün xidmət
0
illik təcrübə

MAYANIN FAYDALARI

Çörək, un məmulatları və şirniyyata meylli bir cəmiyyət olduğumuz üçün maya, demək olar ki, hər evin mətbəxində tez-tez istifadə olunur. Bəlkə də bu günə qədər mayanı sadəcə bir qabardıcı olaraq düşünürdük, halbuki, o təbiətin bizlərə bir hədiyyəsidir. Sağlamlığımız üçün misilsiz bir nemətdir. Mayanın tərkibində 50% protein, B qruplu vitaminlər, dəmir, xrom, maqnezium, fosfor, sink və selen kimi minerallar vardır.

Mayanın sağlamlıq və gözəlliyimizə göstərdiyi təsirləri kəşf edərək ona layiq olduğu dəyəri verən inkişaf etmiş ölkələr, bu çox dəyərli qidanı sadəcə bir qatqı (əlavə) maddəsi olaraq deyil, tabletlar halında dərman olaraq da bazara təqdim edir.

Partnyorlarımız